Şimali Koreya lideri Kim Çen In nüvə potensialını sürətlə artıracaqlarını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Kim Çen In ABŞ-ın hərəkətləri və Yaxın Şərqdəki “qanlı vəziyyət” fonunda bu addımı atıb.
O, ABŞ və Cənubi Koreyanı hərbi təlimlər, kəşfiyyat fəaliyyətləri və “Nüvə Məsələləri üzrə Məsləhətçi Qrup” çərçivəsində ölkəsinə qarşı ətraflı nüvə müharibəsi planı hazırlamaqla Koreya yarımadasında vəziyyəti gərginləşdirməkdə ittiham edib”, – deyə bildirilib.
Daha əvvəl Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon bəyan etmişdi ki, KXDR nüvə tərksilahı ilə bağlı güzəştə getməyəcək və ölkənin nüvə qüvvələrinin gücləndirilməsi kursuna sadiq qalacaq.
Əliyar Xəlil
Globalinfo.az