Makron Ukraynaya silahlar veriləcəyini bildirdi – Şərti də açıqladı

Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

“Verilən silahlarla bağlı kriteriyalardan biri də odur ki, onlar konfliktin eskalasiyasına gətirib çıxarmamalıdır. Yəni verdiyimiz silahlarla Rusiya ərazisinə zərbə endirilməməlidir”, – deyə Makron bildirib.

Makronun fikrincə, prinsip etibarı ilə heç nə qadağan deyil və hər bir konkret halı nəzərdən keçirmək lazımdır.