75a0be6a 5d34 3995 8265 0a65cda4d6ea 850

“Səbail” klubunun yeni baş məşqçisi bəlli olub.

Globalinfo.az Sportlife.az-a istinadən xəbər verir ki, Şahin Diniyev “dənizçilər”in yeni baş məşqçisi olacaq.

Təyinatın tezliklə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mahmud Qurbanov bu gün baş məşqçi vəzifəsindən istefa verib.

***

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.

“Dənizçilər” Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Səbail” baş məşqçi vəzifəsinə təyinatla bağlı ictiamiyyətə yaxın günlərdə məlumat veriləcəyini vurğulayıb.

Paylaş: