Venesuela Prezidenti Nikolas Maduro ABŞ tərəfi ilə əvvəlki qeyri-rəsmi danışıqlarda istefaya hazır olduğunu, lakin bunu ən azı 18 ay sonra edəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə danışıqların gedişatından xəbərdar olan mənbə CNN telekanalına bildirib.

KİV-in qeyd etdiyinə görə, bəzi ABŞ rəsmiləri Maduronun istefasını problemin həlli kimi görürdülər. Lakin Ağ Ev yalnız Venesuela liderinin dərhal istefasını nəzərdə tutan planı dəstəkləmək qərarına gəlib.

Paylaş: