
“Avropa Komissiyası (AK) Rusiyadan qaz tədarükünü qadağan edərsə, Macarıstan Ukraynaya elektrik enerjisinin ötürülməsini dayandıra bilər”.
Globalinfo.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib.
O bildirib ki, ölkəsi Kiyevin elektrik enerjisi idxalının təxminən 40 faizini təmin edir.
Bundan əvvəl Avropa Komissiyası Rusiya qazının tədarükünə tam qadağa qoyula biləcəyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az