Zelenski kral qustav 142

İsveç kralı XVI Karl Qustavın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı onunla əl sıxmaqdan imtina etdiyi barədə iddia həqiqəti əks etdirmir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” araşdırma dərc edib.

Agentliyin fakt yoxlama xidməti iddianı araşdıraraq həqiqətə uyğun olmadığını müəyyənləşdirib.

Bildirilib ki, İsveç kralı ilə Zelenskinin görüşünün ilk dəqiqələrində çəkilən görüntülər kontekstdən çıxarılaraq paylaşılıb.

Zelenski və İsveç kralının rəsmi hesablarında yayımlanan foto və videolarda onların əl sıxdığı aydın görünür.

 

Royal Signal to Moscow: Sweden's King Arrives in Ukraine as Gripen Jet  Talks Heat Up — UNITED24 Media

Paylaş: