Rusiya və Belarus prezidentləri Vladimir Putin və Alexander Lukaşenko nüvə qüvvələrinin təlimi ilə bağlı danışıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
“Biz heç kimə qətiyyən hədə-qorxu gəlmirik. Amma Brestdən Vladivostoka qədər ortaq Vətənimizi qorumaq üçün belə silahlarımız və tədbirlərimiz var”, – deyə Lukaşenko bildirib.
O qeyd edib ki, bu təlimlər Rusiya və Belarusun güc nümayişidir.
Bundan əvvəl məlum olmuşdu ki, təlimlər zamanı Lukaşenkoya “İsgəndər-M” raket kompleksinin buraxılış qurğusu nümayiş etdirilib, həmçinin şərti nüvə zərbəsinin tətbiqi göstərilib.
Əliyar Xəlil
Globalinfo.az