Lukaşenkodan dünya müharibəsi açıqlaması

“Üçüncü Dünya müharibəsi ilə bağlı proqnozlar narahatlıq doğurur. Bu qorxular müəyyən qədər yersiz görünsə də, əsaslıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, NATO-nun Rusiya və Belarus yaxınlığında minlərlə əsgər yerləşdirdiyini bildirib:

“Biz faktiki olaraq köhnə, ənənəvi hədə-qorxu üsullarından istifadə edilən böyük, uzunmüddətli hərbi-siyasi böhranın episentrindəyik. Hərbi güc yenidən dünyada vacib qərarların qəbul edildiyi mərkəzlərin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələri baş verməmiş, milyonlarla insan ölməmiş kimi bir ab-hava var. Hazırda NATO-nun onminlərlə əsgəri, yüzlərlə zirehli texnikası, təyyarə və helikopteri Rusiya və Belarus sərhədi yaxınlığında yerləşdirilib. Təxminən 32 min NATO və ABŞ əsgəri, mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi, 235 təyyarə və helikopterdən söhbət gedir”.

Əliyar Xəlil
Globalinfo.az