6317906c46db06317906c46db116624886846317906c46dae6317906c46daf

“Heç bir başqa ölkə nüvə silahından istifadədən danışmır, heç bir ölkə Rusiyanı və ya prezident Putini təhdid etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli yerli mətbuata açıqlamasında bildirib.

“Aydın olmalıdır ki, Böyük Britaniya və müttəfiqlərimiz üçün nüvə silahından istənilən istifadə bu münaqişənin mahiyyətini kökündən dəyişəcək”, – deyə dövlət katibi vurğulayıb.

O, əlavə edib ki, bu halda Rusiya üçün ağır nəticələr olacaq.

Paylaş: