
Belarus Prezidenti Aleksandr Lukaşenkonun yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən mühafizəçisi ölüb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Kremlin snuffbox” teleqram kanalı çıxış edib.
Məlumata görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri özünü yaxşı hiss etməyib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan – talliumdan zəhərlənmə diaqnozu qoyulub.
Onun Belarus prezidentinin Rusiyada zəhərlənən üçüncü mühafizəçisi olduğu bildirilir. Bu, Lukaşenkonun “özünü sakit aparması üçün” ona edilən xəbərdarlıq kimi dəyərləndirilir.
Ayşən Mustafa
Globalinfo.az