HƏMAS qruplaşmasının Kətaib Əl-Qəssam qanadı İsrailin Sderot şəhərinə hava hücumu gerçəkləşdirəcəklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Əl-Qəssam hücumların günortadan sonra başlayacağını bildirib.
Sderota 50 raket zərbəsinin endiriləcəyi vurğulanıb.
Qeyd edək ki, HƏMAS və İsrail arasında silahlı qarşıdurma 5 gündən çoxdur davam edir. Hər iki tərəfdən yüzlərlə insanın öldüyü, yaralandığı və girov götürüldüyü deyilir.
Ayşən Mustafa
Globalinfo.az