Bu şəxslərin orduda xidməti qadağan edildi – Yeni qanun

litva3

Litva Rusiya vətəndaşlığı olan ölkə sakinlərinin hərbi xidmətə çağırışını dayandırmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “BNS” agentliyi məlumat yayıb.

Bildirilir ki, ikili vətəndaşlığı olan (rus, belarus və ya çinli) Litva sakinləri hərbi xidmətə qəbul edilməyəcəklər. Müvafiq qanun layihəsi Litvanın Müdafiə Nazirliyi və parlamentin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən hazırlanıb.

“Belə şəxslər hərbi xidmətə qəbul edilməməli, xidmət zamanı Rusiya, Belarus və ya Çin vətəndaşlığını almış şəxslər ordudan xaric olunmalıdır”, – müdafiə naziri Laurinas Kasciunas deyib.

Qanun layihəsinə görə, Rusiya, Belarusiya və Çin Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlər kimi tanınıb. Ona görə də onlarla münasibətlər hərbi personal üçün risk faktorudur. Litva hərbi hökuməti artıq bu ölkələrə qeyri-iş məqsədi ilə səfər etməyə qadağa qoyub.

Müşviq Tofiqoğlu
Globalinfo.az