Lavrovdan Ərdoğan-Putin görüşü barədə AÇIQLAMA

“Prezidentlər belə bir görüşün əhəmiyyətli olacağını başa düşürlər”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün görüşü barədə danışarkən Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorka səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Lavrov taxıl sazişi barəsində də danışıb:

“Rusiya Federasiyası BMT baş katibinin taxıl müqaviləsi ilə bağlı səylərini görür, lakin kənd təsərrüfatı məhsullarının ixracı məsələsində nəticə yoxdur. Taxıl sövdələşməsi ətrafında vəziyyət dalana dirənib”.