Çavuşoğlu: “1,4 milyard ödədik, geri qaytarın”

F-16 təyyarələrini şərtlər altında almağımız düzgün olmazdı. Bu təyyarələri alarkən bizim əl-qolumuz bağlanmamalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken ilə birgə keçirilən mətbuat konfransında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

O, ABŞ-ın Türkiyəyə 1,4 milyard dollar ödənişi geri qaytarmalı olduğunu deyib.

“F-35 proqramına gəlincə, biz bu proqramda əməkdaşlıq üçün ödəniş etmişdik, lakin bu proqramda iştirak etmirik və bu bizim qərarımız deyildi. Təktərəfli qərar idi. Ona görə də bu proqram üçün etdiyimiz 1,4 milyard dollar ödənişin geri qaytarılmasını gözləmək bizim təbii haqqımızdır”, – nazir qeyd edib.