Mirzoyan Lavrovla sülh müqaviləsindən danışdı

Lavrov Mirzoyan

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçılarının iki ölkə arasındakı münasibətlər və bir sıra regional məsələləri müzakirə etdikləri bildirilir.

Bakı və İrəvan arasında sülh müqaviləsi mətninin tam razılaşdırılmasına diqqət çəkilib və Moskvanın bunu yüksək qiymətləndirdiyi qeyd olunub.

Nazirlər irəlidə nəzərdə tutulan dövlətlərarası təmasların gündəliyini müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az