Rusiyanın İrandakı müharibə ilə bağlı mövqeyi hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının vacibliyidir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti” xəbər xidmətinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Moskvanın mövqeyi Rusiya Prezidenti Vladimir Putinin dediklərindən və nazirliyin onun İran və BƏƏ liderləri ilə söhbətlərindən sonra bildirdiklərindən fərqlənmir.
“Mövqe çox sadədir. Bütün hərbi əməliyyatlar dayandırılmalı və qarşılıqlı məqbul razılaşmalar danışıqlar yolu ilə əldə edilməlidir”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar fikir səsləndirib. Onun sözlərinə görə, Moskva ABŞ və İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir və hərbi əməliyyatların yenidən başlamasını qəbuledilməz hesab edir.
Tahir Turan
Globalinfo.az