İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Biz ABŞ ilə danışıqlar aparmayacağıq”, – Laricani qeyd edib.
Siyasətçi “The Wall Street Journal” qəzetində onun diplomatik məsləhətləşmələrin bərpası ilə bağlı Oman vasitəsilə Vaşinqtona siqnal göndərdiyinə dair məlumatı belə şərh edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Safura Bənnayeva
Globalinfo.az