Kürdəmirdə ağır yol qəzası: Ölən və yaralanan var – ADLAR / YENİLƏNİB

Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi bilinib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, onlar bir ailənin üzvləri Ucar sakinləri ölən 52 yaşlı Şamil Sədiyar oğlu İbrahimov və xəsarət alan onun həyat yoldaşı 47 yaşlı Rəhilə Əsgər qızı İbrahimovadır.

***

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ər ölüb, həyat yoldaşı yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə maşının sürücüsü hadisə yerində ölüb. Onun həyat yoldaşı, Ucar rayon sakini, 1978-ci il təvəllüdlü Rəhilə Əsgər qızı İbrahimova isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.