KTMT-dən sonra Ermənistanı kim qoruyacaq? – Markedonov

Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-dən çıxmaq məsələsini gündəmə gətirməsinin bir neçə səbəbi var”.

Globalinfo.az xəbər verir ki, bunu erməniyönlü rusiyalı politoloq Sergey Markedonov bildirib. Onun sözlərinə görə, Paşinyan son addımları ilə Ermənistan cəmiyyətindəki travma və məyusluqdan yararlanmağa, siyasi təşəbbüsü ələ almağa çalışır:

“O bütün gücü ilə diqqəti özündən və kabinetindən digərlərinə yönəldir. Onun fokusunda olanlar köhnələrdir və onlar “Qarabağın öz müqəddəratının təyinatını” fərqli cür təqdim ediblər… Bir sözlə, baş nazir və tərəfdarlarından başqa hər kəs günahkardır. Paşinyan ictimai şəkildə məhz belə obraz yaratmağa çalışır. Bununla belə o hələ də ictimaiyyəti narahat edən suallara cavab vermir. Ermənistan KTMT-dən sonra təhlükəsizliyini necə təmin edəcək? Qərb Moskvanın Qafqazda təsirinin minimallaşdırılması qarşısında nə təklif edir? İrəvan Bakı və Ankaraya güzəştləri necə dayandıracaq? Cavab yoxdur, amma müxalifətin sərt tələbləri var. Yenidən taktika strategiya üzərinə qələbə çalır. Paşinyan rəqibləri üzərində dəyişən regional və beynəlxalq şəraitdə erməni trayektoriyasını anlamadan rəqibləri üzərində böyük qələbələr qazanır”.

Əliyar Xəlil
Globalinfo.az