Dmitry Peskov 2

Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllində vasitəçiliyini dayandıra biləcəyi  ilə bağlı xəbərə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.

“Bizim Vaşinqtonla, Trampın nümayəndələri ilə işgüzar əlaqələrimiz var. Lazım gəldikdə prezidentlər aktual məsələləri müzakirə edirlər. Bu, tərəflərin mövqelərini başa düşməyə və irəliləməyə kömək edir”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp administrasiyasının Ukraynaya silah tədarükünü dayandıra biləcəyi iddia edilirdi.

Məlumata görə, yay aylarında Ağ Ev sahibi münaqişə məsələsi ilə bağlı vasitəçilikdən də imtina edə bilər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: