
“Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-ın təyyarə qəzası ilə bağlı yaydığı ilkin hesabatı şərh etmək mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Rusiya Prezident Administrasiyasının məsələyə münasibət bildirməsinin mümkün olmadığı söyləyib:
“Bu, ilkin hesabatdır. Təbii ki, bizim müvafiq departamentimiz onu lazımı diqqətlə təhlil edəcək. Lakin Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil. Biz ümumiyyətlə bunu mümkün hesab etmirik”.
Qeyd edək ki, ötən gün Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb. İlkin hesabatda təyyarənin quşlarla toqquşması və oksigen balonunun partlaması kimi iddiaları təkzib olunub. Təyyarənin xarici təsirə məruz qalması təsdiqlənib. Həmçinin “Xalça” əməliyyatının təyyarənin vurulmasından sonra elan edildiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az