
Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yaşayan vətəndaşın köməyə ehtiyacı yaranıb.
Globalinfo.az xəbər verir ki, bina sakini 1959-cu il təvəllüdlü vətəndaşın ağırçəkili xəstə olması səbəbindən köməyə ehtiyacı olduğu müəyyən edilib.
Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə qadını binanın həyətinə düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.