Cüdoçularımız MDB Oyunlarının ilk günündə beş medal qazandılar

Avqustun 5-də Belarusun ev sahibliyi etdiyi MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları üç qızıl və iki bürünc medal əldə ediblər.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, yarışın ilk günündə qızlar və oğlanlar arasında səkkiz çəki dərəcəsində 16 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında -50 kiloqram çəkidə Nihad Məmişov, -55 kiloqram çəkidə Ayxan Mirzəzadə və -66 kiloqram çəkidə Cəsur İbadlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar.

Qızlar arasında -40 kiloqram çəkidə Xədicə Abdullayeva və -52 kiloqram çəkidə Aytən Verdiyeva yarışın bürünc medalını qazanıblar.

***

Azərbaycan komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalı qazanıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu Ayxan Mirzəzadə qızıl medal əldə edib.

***

Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.

Globalinfo.az xəbər verir ki, cüdoçu Nihad Məmişov (50 kq) qızıl medal əldə edib.

Qadın cüdoçu Xədicə Abdullayeva (40 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha öncə bədii gimnastika üzrə gənclərdən ibarət yığma bürünc medal qazanıb.