Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Teleqram” kanalları məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.
Qeyd edək ki, bir qədər əvvəl Köçəryanın üç günlük şəxsi səfər planlaşdırdığı haqda məlumat yayılmışdı.