Klubu Messini cəzalandırdı – Səbəb

 

PSJ klubu Lionel Messini cəzalandırıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun Səudiyyə Ərəbistanına səfəri klub rəhbərliyini qəzəbləndirib.

Messinin “Loryan”a məğlubiyyətdən sonra klub rəhbərliyinə xəbər verməməsi münasibətləri gərginləşdirib. İki həftə heyətdən uzaqlaşdırılan ulduz futbolçuya bu müddət ərzində məvacib ödənilməyəcək.

Digər xəbərlərə görə, məlum hadisədən sonra klub Messi ilə yayda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib.