6a53d8e1a3b0e6a53d8e1a3b0f17838799036a53d8e1a3b0c6a53d8e1a3b0d 1

Kiyev yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ən güclü hücumlardan biri ilə üzləşə bilər.

Globalinfo.az xəbər verir ki, mümkün hədəflər arasında dövlət idarəetmə binaları, hərbi infrastruktur, enerji, sənaye və paytaxtın nəqliyyat şəbəkəsi yer alır.

Bildirilir ki, yüksək riskli ərazilərə Kiyev vilayətindəki Vışqorod su elektrik stansiyası, Vışneve, Obuxiv rayonu və paytaxtın şimalındakı yaşayış məntəqələri daxildir. Doqquz Kiyev rayonu da potensial təhlükə zonasına aid edilir.

Mənbələrin iddiasına əsasən, hücum zamanı ballistik və qanadlı raketlərlə yanaşı, çoxsaylı zərbə dronlarından da eyni vaxtda istifadə oluna bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: