Praqada da minlərlə insan meydana axışdı – Qiymət artımına etiraz

Czech Politics

Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə vətəndaşın iştirakı ilə hökumət əleyhinə mitinq keçirilib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, aksiya “Çexiya yoxsulluğa qarşı” şüarı ilə baş tutub.
Etirazçılar Çexiya hakimiyyətinin yürütdüyü siyasətlə razılaşmadıqlarını bildiriblər. Respublika hökumətinin ünvanına kəskin tənqidlər səsləndirilib, artan xərclərin və inflyasiyanın qarşısını almaq üçün tələblər irəli sürülüb.

Məlumata görə, polis paltarında Z hərfi və “Vaqner” özəl hərbi dəstəsinin simvolu şəklində zolaqlar olan bir şəxsi saxlayıb.