1db2633f 6177 496e 8d2b c37b88b84e7a 6

İsrail səfirliyi Kiyevdə keçirilən aksiya zamanı nümayiş etdirilən nasist jestləri və səsləndirilən şüarlara görə rəsmi reaksiya tələb edib.

Globalinfo.az xəbər verir ki, İsrail diplomatlarının bildirdiyinə görə, iyunun 21-də Kiyevin mərkəzində LGBT yürüşünə qarşı təşkil olunan “Qardaşlıq” birliyinin aksiyası zamanı bəzi iştirakçılar nasist salamı verib və nasizmlə əlaqəli şüarlar səsləndiriblər.

Səfirlik qeyd edib ki, bu cür hərəkətlər nasizm qurbanı olmuş milyonlarla insanın xatirəsini təhqir edir və Ukraynanın hüquq-mühafizə orqanlarını hadisəyə rəsmi hüquqi qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti və ya hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı hələ ki açıqlama verilməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: