Zelenski 1

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə endirdiyi raket zərbəsi nəticəsində, ilkin məlumatlara görə, altı nəfərin öldüyün, daha onlarla insanın yaralandığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.

“Hazırda Rusiya raketlərinin zərbəsindən sonra Kiyev vilayətində xilasetmə əməliyyatı davam edir. İndiki vaxta olan məlumata görə, onlarla yaralının olduğu məlumdur. Təəssüf ki, altı nəfər həlak olub. Onların doğmalarına və yaxınlarına başsağlığı verirəm”, – V. Zelenski yazıb.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib.(“Report”)

Paylaş: