“Kiyevin ABŞ-ın sülh planı üzrə danışıqlara razılığı barədə Moskvaya məlumat verilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl ukraynalı deputat Oleksiy Honçarenko ABŞ Prezidenti Donald Trampın sülh planının 28 bəndini dərc edib.
“Financial Times” yazıb ki, Ukrayna rəsmiləri sənədi tənqid edib və düzəlişlər edilmədən onu qəbuledilməz hesab ediblər. Lakin Vaşinqton Prezident Volodimir Zelenskinin onu noyabrın 27-dək imzalamasını gözləyir.
Əliyar Xəlil
Globalinfo.az