
İrana qarşı müharibədə ABŞ-ı dəstəkləməyən ölkələri cəzalandırmaq üçün İspaniyanın NATO-dan müvəqqəti uzaqlaşdırılması təklif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pentaqon daxilində yayılan daxili elektron məktuba istinadən məlumat verib.
“Sözügedən mətn artıq Pentaqonun yüksək vəzifəli rəsmiləri arasında yayılıb və “çətin” hesab edilən ölkələrin NATO daxilində mühüm və ya nüfuzlu mövqelərdən uzaqlaşdırılması kimi ssenariləri də nəzərdə tutur.
Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının açılması üçün dəniz qüvvələri göndərməməkdə kəskin tənqid edib. Boğazın 28 fevralda başlayan hava müharibəsindən sonra beynəlxalq dəniz daşımalarına bağlandığı bildirilir. Tramp həmçinin ABŞ-ın alyansdan çıxmasını da nəzərdən keçirdiyini bəyan edib”, – deyə bildirilib.
Elektron məktuba görə, İspaniyanın NATO-dan müvəqqəti uzaqlaşdırılması ABŞ hərbi əməliyyatlarına praktik baxımdan məhdud təsir göstərə bilər:
“Lakin bunun siyasi və simvolik nəticələri ciddi ola bilər. Sənəddə həmçinin ABŞ-ın Britaniyanın Folklend adaları üzərində suverenlik iddiası ilə bağlı mövqeyinə yenidən baxılması ehtimalı da gündəmə gətirilir”.
Safura Bənnayeva
Globalinfo.az