Türkiyənin İsraillə bağlı hərbi planı bilindi: Ankara qərar verdi

“Türkiyə İsrailə qarşı hərbi addımlar atmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “TGRT” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Türkiyə  fələstinlilərə yardımın çatdırılması üçün yeni variantlar işləyib hazırlamağa və bunun həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görməyə çalışacaq.

“Türkiyə İsraillə hərbi qarşıdurmaya səbəb ola biləcək addımlar atmayacaq. Ankaradan hərbi sahədə qarşıdurma riskini artıracaq hər hansı tədbir gözlənilmir. Xarici İşlər Nazirliyinin bəyanatı Qəzza zolağına humanitar yardımın çatdırılması məsələsi ilə bağlı olduğu üçün Türkiyənin addımları bu istiqamətdə özünü göstərəcək. Güman edilir ki, Türkiyə fələstinlilərə yardımın çatdırılması üçün yeni variantları işləyib hazırlamağa və bunun həyata keçirilməsi üçün müvafiq tədbirlər görməyə çalışacaq”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, daha öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailə qarşı bir sıra yeni tədbirlərin həyata keçiriləcəyini və bunun tam atəşkəs elan olunana qədər davam edəcəyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az