KİV: Rusiya sərhədçiləri İrəvanın hava limanından çıxarılacaq

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Faktor” nəşrinin jurnalisti Robert Ananyan bildirib.

Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.

Ananyan bu məlumatı Ermənistandakı yüksək vəzifəli mənbədən aldığını deyib.

Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib.

Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir.