İrəvandan etiraz: “Lavrov bunu səhv başa düşüb”

“Praqada Ermənistanın artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edən Rusiya xarici işlər naziri səhvə yol verib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu bəyanatda o mənim bir zamanlar “Rusiya variantı”, yəni “Lavrov variantı” kimi təqdim etdiyim layihədən danışıb. O bir daha sübut etdi ki,  “Rusiya variantı” olub. Praqa sammitinin bəyanatına gəlincə isə burada Lavrovun dedikləri yoxdur”, – o iddia edib.

Laçın dəhlizində postun quraşdırılmasına neqativ yanaşdığını deyən erməni spiker bölgənin rus sülhməramlılarının nəzarətində olduğunu vurğulayıb.

Simonyan Ermənistanın Qarabağdakı separatçı-terrorçu rejimin zəmanətçisi olması ilə bağlı sualdan isə yayınıb.

İlkin
Globalinfo.az