Erməni əsilli amerikalı məşhur şou ulduzu Kim Kardaşyanda atası Robert Kardaşyanın ölümünə səbəb olan xəstəliyin diaqnozu qoyulub.
Globalinfo.az xəbər verir ki, “Keeping Up with the Kardashians” realiti şousunun səkkizinci mövsümünün yeni treylerində Kim Kardaşyanın qida borusu iltihabı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi göstərilib.
Məlumata görə, atası Robert Kardaşyan 2003-cü ildə qida borusu xərçənginə görə vəfat edib. Eyni xəstəliyin əlamətləri Kimdə də üzə çıxıb. Anası Kris Jenner də ağlayaraq bunu təsdiqləyib. Şounun bir hissəsində Kimin xəstəxana çarpayısında uzanması, həkimlərin müdaxiləsi və anasının ağlaması göstərilib.
Qeyd edək ki, Kim Kardaşyan həmçinin dəri xəstəliyindən də əziyyət çəkir.
Əliyar Xəlil
Globalinfo.az