“Biz bu müharibədə qalib gəldik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bununla yanaşı, Ağ Ev rəhbəri davam edən müharibə və eləcə də İran barədə bir sıra sərt açıqlamalar da verib.
O qeyd edib ki, Vaşinqton Tehranın raket qurğularının 82 faizini məhv edib.
“Onların, demək olar ki, hər şeyi yox olub. Yox olmayan hər hansı bir şeyin adını çəkə bilərsiniz? Biz Tehranda sərbəst hərəkət edirik və istədiyimiz hər şeyə edə bilərik”, – Tramp deyib.
Bununla yanaşı, ABŞ lideri İranda rəhbər şəxslərin həlak olması və yenilərinin seçilməsinə də münasibət bildirib.
“Biz həqiqətən də rejim dəyişikliyi etdik. Bu, doğrudan da rejim dəyişikliyidir, çünki bütün yeni liderlər bizim müharibəyə başladığımız liderlərdən kəskin fərqlənir”, – Tramp vurğulayıb.
Həmçinin, Hörmüz boğazı barədə sualı cavablandıran Ağ Ev rəhbəri deyib:
“Biz istədiyimiz hər şeyi nəzarətdə saxlaya bilərik”.
Aysel Əliyeva
Globalinfo.az