Şimali Koreyanın məxfi silahı “Hwasong-20” qitələrarası ballistik raketi və ya bu silahın modifikasiyası ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “News1” məlumat yayıb.
“Bunun həm də İHA və ya nüvə sualtı qayığı olması mümkündür”, – deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 22-də Şimali Koreyanın sədri Kim Çen İn ölkəsinin yeni məxfi silah əldə etdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az