“Şimali Koreyanın Hərbi Hava Qüvvələri yeni silahlar alacaq və ona mühüm missiya həvalə olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
O bildirib ki, bütün ölkə Hərbi Hava Qüvvələrinə arxalanır:
“Bizim vacib missiyamız var və bu, nüvə silahının qarşısının alınmasında mühüm rol oynamalıdır. Bundan əlavə, Hərbi Hava Qüvvələri casusluq fəaliyyətini qətiyyətlə dəf etməli və yatırmalıdır. Qeyd etdiklərim ərazi suverenliyinə qəsd edən düşmənlərin mümkün hərbi təxribatlarının qarşısını almaq üçün lazımdır”.
Əliyar Xəlil
Globalinfo.az