KTMT Paşinyana cavab verdi

“KTMT Ermənistandakı məsuliyyət zonasını tənzimlənən dövlət sərhədləri daxilində onun suveren ərazisi hesab edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə KTMT-nin yaydığı bəyanatda deyilir.

“Məsuliyyət sahəsinə dair səslənən ifadə kifayət qədər mürəkkəbdir. Belə ki, 2010-cu ildə imzalanan qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq məsuliyyət zonası üzv dövlətlərin suveren ərazisi sayılır. İstinad edilən sənəd 2010-cu ildə Moskvada imzalanan Kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin statusu haqqında sazişdir. KTMT-nin məsuliyyət zonası Ermənistan və onun qonşuları arasında ikitərəfli əsasda tənzimlənən dövlət sərhədinin kəsişdiyi yerdə bitir”, – Bəyanatda deyilir.

Xatırladaq ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, əgər KTMT Ermənistandakı məsuliyyət sahəsi haqda suala cavab verməsə, İrəvan təşkilatdan çıxacaq.

Əliyar Xəlil
Globalinfo.az