Kim Çen İnə Rusiyada nə hədiyyə edildi? – Səfir açıqladı

Rusiyaya səfəri zamanı Şimali Koreyanın Prezidenti Kim Çen İnə ölkəsinin paytaxtı Pxenyanın 1950 illərini əks etdirən rəsm əsərləri hədiyyə olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə səfər boyu prezidenti müşayiət edən Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora məlumat verib.

Səfir bildirib ki, bu rəsm əsələrində Pxenyanın 1950 illərini qələmə alan , bir müddət orada işləmiş bir rəssama aiddir:

“Bu, çox yaxşı hədiyyə idi. Bizim 1950-ci illərdə Pxenyanda çalışan, çox da məşhur olmayan, amma istedadlı bir rəssamımız var idi. Şimali Koreya liderinə onun əsələri təqdim olundu. Bunun üçün əsərlərin hazırkı sahiblərindən də icazə aldıq. Onlarda mənzərə deyil, Pxenyanın küçələri əks olunub. Həmçinin Şimali Koreya ordusunun əsgərinin təsvir edildiyi bir əsər də var. Çox xoşuma gəldi, gözəldir”.

Kreml sözçüsü Dimitri Peskov açıqlamasında Vladimir Putin və Kim Çen İnin bir-birilərinə başqa hədiyyələr də verdiyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az