Kəşfiyyat şefinin bəyanatındakı şifrələr: İki ölkə ilə bağlı təhlükə artır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib ki, Çinin yüksəlişi və Rusiyanın revanşizmi ciddi geosiyasi çağırışdır. Onun sözlərinə görə, “Soyuq müharibə”dən sonrakı dövr Rusiyanın 2022-ci ilin fevralında Ukraynanın ərazilərini işğal etməsi ilə başa çatıb.

Bəzi ekspertlər iddia edir ki, Putin yenidən nüvə raketlərini istifadə etməklə bağlı xəbərdarlıq edə bilər. Ona görə də eskalasiya risklərini tamamilə rədd etmək axmaqlıq olar.

Maraqlıdır, Uilyam Bernsin kimi mötəbər bir insanın dedikləri boşuna söz ola bilməz. Bəs bu açıqlama nədən xəbər verir? Çinlə Rusiya sinxron hərəkət edir?

 

Mövzunu Globalinfo.az-a şərh edən Tural İsmayılov deyib ki, bu gün ABŞ və Qərbdən edilən təzyiqlər fonunda Rusiya və Çin bir-birinə yaxınlaşır, geostrateji əməkdaşlıq edirlər:

“Faktiki olaraq bu gün Moskva və Pekin coğrafi olaraq bir-birinə çox yaxındır. Bundan başqa iki supergüc kimi dünya siyasətində xüsusi çəkiyə sahibdirlər.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin sözləri yeni deyil. Ümumilikdə iki ölkənin iqtisadi əlaqələrinin statistikasına baxanda ciddi artım müşahidə edilir. Eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan öncəki dövr səviyyəsinə qayıdıb. Bu gün dünyada əsas xammal ixracatçılarından biri kimi çıxış edən Çin təkcə Rusiya yox, Qərbin özü üçün də alternativ xammal rolunu oynayır.

Rusiya və Çin indiki məqamda əməkdaş kimi görünsə də rəqib olduqları sahələr də var. Yəni bu yaxınlaşma ehtiyacdan qaynaqlanır. Reallıq isə ondan ibarətdir ki, tərəflər həm də rəqibdir. Söhbət daha çox iqtisadi rəqabətdən gedir.

Moskva və Pekin Qərb imperializminə qarşı birlikdə hərəkət etsə də bir-birini istəmir. Çinin iqtisadi gücünün Rusiyanı üstələməsi Moskvanı ehtiyatlı davranmağa vadar edir”.

Turan Rzayev
Globalinfo.az