934af70f 9903 45cb a372 fbe6b7e486d1

Niyazi Bayramov növbəti “ABAD məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

Globalinfo.az xəbər verir ki, məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri davam etdirilir. Layihənin əsas məqsədi həyətlərin və parkların müasir standartlara uyğun abadlaşdırılması, sakinlər üçün daha rahat və təhlükəsiz mühitin yaradılmasıdır.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N.Nərimanov və Ş.İ.Xətai prospektlərinin ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan abadlıq və yenidənqurma işləri ilə yerində tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, hazırda Gəncə şəhərində 14 yaşayış binasının həyətində genişmiqyaslı abadlıq, təmir və yenidənqurma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə uşaq və idman meydançaları yaradılır, müasir idman qurğuları quraşdırılır, uşaqlar üçün xüsusi oyun sahələri salınır. Bununla yanaşı, həyətlərdə kiçik parklar salınır, tamet və bordür daşları döşənir, ərazilər abadlaşdırılır.

Layihə çərçivəsində binaların fasadları da əsaslı şəkildə təmir edilir və rənglənir. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyətlərdə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılır, yeni oturacaqlar və zibil qutuları yerləşdirilir. Eyni zamanda, yaşıllıq zolaqlarının genişləndirilməsi və qorunması üçün yeni suvarma sistemləri və zəruri kommunikasiya xətləri çəkilir.

Sakinlərin istirahəti üçün həyətlərdə və parklarda söhbətgahların inşası da nəzərdə tutulub.

Bundan əlavə, şəhər üzrə 10-dan çox parkın əsaslı və cari təmirinin aparılması planlaşdırılır.

Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Baxış zamanı Niyazi Bayramov ərazidə yaşayan uşaqlarla görüşərək onlarla səmimi söhbət aparıb. Görüş zamanı uşaqlardan birinə velosiped hədiyyə edib. Həmin gün doğum gününü qeyd edən digər uşağı təbrik edərək ona planşet təqdim edib. Eyni zamanda, uşaqların istəkləri nəzərə alınaraq onlara toplar hədiyyə edib.

2ad5c35d 43b2 4385 b7a7 d30bafa5788f 2caea4eb e5ca 4240 8a98 3cec21334325 3c2bff5d 780a 4634 af3f 99259de9338b 4be376ab 994f 46e6 9e87 035d18f168b8 5db562ed 9872 42eb 9836 cc1a06741051 20d357b7 a79c 4e73 a530 20067ed57a3f 35f6340a f96a 40c1 8f3b d0b5808fe875 39b84948 902e 4ea9 8b0b 6db4323c8968 60ba84f8 227f 42aa 9118 eddb682dc5cb 60f5112c b4ff 4f4e ae8c cf6f96cc3e5f 64e21c6b 51ae 47c0 8a57 0d5ead3e66c1 87ca91ca 6a33 48b6 9913 b43f32ef12e7 096d739f c23a 4d27 9259 281061481b47 166b2c17 ae90 4b8d b76a c826b8c0473c 0284ccb6 37fc 49e7 b959 66b683649e4e 305f405e a7e7 446c 8f32 2647e176052d 564d22bc 9990 41c3 843c 6f0defc84be0 755ad3af 2853 459e 8d66 9c6836502bc1 934af70f 9903 45cb a372 fbe6b7e486d1 1 153338f3 997d 4f50 8807 34d67c38f9bf 680393a5 c9f3 4afb a4a6 f53d4670cf05 25442006 12b8 4b4c b5dd bb75df33c4c3 a4ef1bc6 b5da 4490 9088 f7851cb815ab a6ca4669 9ce8 4905 a212 f12388b0076c d883af0a 3693 4a9f 98b7 a8823bfea4ef

Paylaş: