Keçmiş baş nazir sərxoş vəziyyətdə təyyarədən çıxarıldı

Finlandiya polisi şənbə günü axşam saatlarında Estoniyanın keçmiş baş naziri Taavi Rıyvası Helsinki hava limanında təyyarədən çıxarıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Məlumata görə, buna səbəb keçmiş nazirin sərxoş olması olub.

Bildirilib ki, Rıyvas bu ölkənin xarici işlər naziri Marqus Tshaknın Yaponiyaya səfəri zamanı onu müşayiət edən Estoniya biznes nümayəndə heyətinin tərkibində olub.

Estoniya Xarici İşlər Nazirliyi Rıyvasın Yaponiyaya uçuşdan uzaqlaşdırıldığını təsdiqləyib.