pezeskian 1

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İsrail və ABŞ-ı sərt şəkildə tənqid edib.

Globalinfo.az-ın xəbərinə görə, o, İrana qarşı həyata keçirilən hücumları təcavüz kimi qiymətləndirib və təzyiqlər qarşısında geri addım atmayacaqlarını bildirib.

İsraildən danışan Pezeşkian deyib ki, bu ölkə istənilən şəhərdə, istənilən rayona və  əyalətə zərbə endirir.

Onun sözlərinə görə, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində 80 mindən çox dinc sakin həlak olub.

İran prezidenti ölkəsinə endirilən zərbələrə də toxunub.

“Günahsız insanlar ölkəmizə qarşı həyata keçirilən hücumların qurbanına çevrildilər. Biz maksimum qətiyyətlə özümüzü müdafiə etdik”, – deyə Pezeşkian bildirib.

Pezeşkianın sözlərinə görə, ABŞ özünü müdafiə edən hər kəsi terrorçu adlandırır.

“Halbuki ABŞ və İsrailin müharibələri nəticəsində minlərlə insan həyatımı itirib”, – deyə o əlavə edib.

İran prezidenti bildirib ki, ABŞ və İsrail İrana qarşı ən müasir texnologiyalardan istifadə etsələr də, Tehran “baş əyməyib”.

Qeyd edək ki, Pezeşkianın Vaşinqton və Təl-Əvivin İrana qarşı hərəkətləri ilə bağlı çıxışından sonra ABŞ nümayəndəsi BMT Baş Assambleyasının iclas zalından çıxıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: