owl detail 620 ff1659351f0644557f5de7fc49442172

Kanadanın baş naziri Mark Karninin ofisi bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi istiqamətində atılan addımları dəstəkləməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Karninin sözlərinə görə, o, “istəklilər koalisiyası”nın iclasında Ukraynaya birbaşa və miqyaslı hərbi yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, Kanada ABŞ-ın bu prosesdə iştirakını müsbət qarşılayıb.

Qeyd edək ki, Parisdə keçirilən iclasa ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da qatılıb, lakin tədbiri cəmi 45 dəqiqə sonra tərk edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: