361661

Avropa İttifaqı Rusiyanı ballistik raketlərlə təchiz etdiyinə görə İrana qarşı sanksiyalar hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberg” nəşri məlumat yayıb.

Məlumata görə, Aİ liderlərinin bu ayın sonunda Brüsseldə keçiriləcək sammitinə qədər sanksiyaların təsdiqlənəcəyi gözlənilir.

İlk sanksiyalar kompleksi mühəndislik, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, təxminən onlarla şəxs və təşkilata şamil ediləcək.

Qeyd olunur ki, Aİ-nin sanksiyaları bütün üzv dövlətlərin dəstək tələb edir.

ABŞ və Avropa İranın Rusiyaya ballistik raketlər göndərdiyini təxmin edir. Bildirilir ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsi dövründə Moskvanı yüzlərlə PUA və digər silahlarla təmin edib. Lakin ballistik raketlərin ötürülməsi İranın münaqişəyə daha dərindən qarışdığını göstərir.

Britaniya kəşfiyyatı Moskvanın 120 kilometr radiusda hədəfləri vura bilən “Fath-360” raketləri aldığını bildirib. Bu cür silahların köməyi ilə Rusiya cəbhə xəttinə yaxın hərbi və mülki hədəflərə hücum edə biləcək. Eyni zamanda, Rusiya öz istehsalı olan raketlərdən daha uzun radiusda istifadə etməyi planlayır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: