Kamal Sunalın “Fatoş”u 36 il sonra… – FOTOLAR

“Yeşilçam”ın uşaq aktyoru Oya Ece Altonun (Fatoş) uzun illərdən sonra yeni fotoları yayılıb.

Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, bir çox filmlərdə məşhur aktyor Kamal Sunalla (Şaban) rol alan Ecenin hazırkı görünüşü onu sevənləri üzüb.

36 il sonra fotoları ortaya çıxan aktrisa dəyişimi ilə hər kəsi təəccübləndirib. Ekranlardan uzaq yaşayan aktrisa hazırda otel idarəçiliyi ilə məşğul olur. “Garip” filminin kiçik ulduzu 1980-cı ildə anadan olub.

O, İstanbul universitetinin İtaliyan dili və ədəbiyyatı fakültəsini bitirib.

Fatoş “Garip” filmindən sonra “TRT 1” ekranlarında yayınlanan “Gecenin Öteki Yüzü” adlı serialında çəkilib.

Daha sonra “Keşanlı Ali Destanı”, “Beyaz Bisiklet”, “Arka Sokaklar” və “İmkansız Aşk” kimi layihələrdə yer alıb.