Məşhur türkiyəli aktyor Kamal Sunalın dünyasını dəyişdiyi təyyarənin görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, Türk kinosunun unudulmaz isimlərindən biri olan Kemal Sunalın vəfatından 24 il ötür. Filmləri illər keçsə də milyonlarla insan tərəfindən izlənməyə davam edən mərhum aktyorun dünyasını dəyişdiyi təyyarənin görüntüləri insanlara duyğulu anlar yaşadıb.
Qeyd edək ki, ustad sənətçi Kamal Sunal “Balalayka” filminin çəkilişləri üçün Trabzona gedərkən təyyarədə infarkt nəticəsində 55 yaşında dünyasını dəyişib.
Hazırda həmin təyyarə Kastamonuda restoran kimi istifadə olunur. Kamal Sunalın vəfat etdiyi həmin təyyarədən görüntüləri təqdim edirik.
Müşviq Tofiqoğlu
Globalinfo.az