IMG 20230724 WA0034

Dünən səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar. 

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

IMG 20230724 WA0033

Onlar hazırda polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

Qeyd edək ki, tapılan şəxslər Əli Əlizadə və Əbdül Rzayevdir.

362525439 1003136921042000 7510146981775196003 n

Paylaş: