Bakıda həbsdə olan separatçı rejimin keçmiş “parlament sədri” Davit İşxanyan Ermənistan Ombudsmanı Anahit Minasyanı Bakıya dəvət edib.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə o, həbsxanadan göndərdiyi səs yazısında açıqlayıb.
“İndi sizi bizimlə görüşmək üçün Azərbaycan cəzaçəkmə müəssisəsinə dəvət edirəm. Düşünürəm ki, bu, mövcud siyasi münasibətlər çərçivəsində tamamilə uyğundur və heç bir çətinlik olmamalıdır… Biz gözləyirik.
Cənablar, dövlət rəsmiləri, Azərbaycandakı 19 nəfər Ermənistan Respublikasının pasportlarına malik şəxslərdir”, – deyə o etiraf edib.